BAKI, 17 oktyabr. TELEQRAF

Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirib.

Teleqraf xəbər verir ki, komanda səfərdə Çexiya yığmasına 1:2 hesabı ilə məğlub olub.

Qarşılaşma Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı 12-ci qrupda digər rəqib Latviya yığmasıdır.