BAKI, 9 aprel. TELEQRAF
“İran gəmilərin təhlükəsiz keçidi üçün Hörmüz boğazının açılmasını təmin etməyə hazırdır, amma bunun üçün ABŞ-nin Yaxın Şərqdəki təcavüzünə son qoyulmalıdır”.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“Təhlükəsiz keçid üçün təhlükəsizliyi təmin edəcəyik, bu, ABŞ bu təcavüzü faktiki olaraq dayandırdıqdan sonra baş verəcək”, - o bildirib.