BAKI, 9 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Beyruta endirdiyi hava zərbəsi nəticəsində "Hizbullah" lideri Naim Qasemin katibi Ali Yusuf Xarşi məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı SAXAL-ın mətbuat xidməti yayıb.

Məlumata görə, əməliyyat Beyrutun cənub rayonlarından birində həyata keçirilib. Hadisə ilə bağlı "Hizbullah" hərəkatı hələlik rəsmi açıqlama verməyib.