BAKI, 9 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS Hərəkatının raket və silah istehsalı üzrə qərargahının üzvü Məhəmməd Vaşahı məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd Vaşah Qəzza zolağının mərkəzində fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinə qarşı terror hücumları planlaşdırırmış.

Vaşahın bölgədə Qətərin “Əl-Cəzirə” telekanalının müxbiri adı altında fəaliyyət göstərdiyi qeyd edilib.