BAKI, 8 aprel. TELEQRAF
İran və ABŞ arasında atəşkəsin elan edilməsindən sonra ilk gəmi Tehranın icazəsi ilə Hörmüz boğazından keçib.
Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.