BAKI, 8 aprel. TELEQRAF
İran Hörmüz boğazını aprelin 9-10-da aça bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İran rəsmisinə istinadla məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, Tehran bu addımı Pakistanda ABŞ nümayəndələri ilə görüşdən əvvəl ata bilər. Qeyd edilib ki, gəmilərin keçidinin bərpası məhdud olacaq və bütün gəmi heyəti İran ordusu ilə koordinasiya içində olmalıdır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.