BAKI, 8 aprel. TELEQRAF

İran, ABŞ və İsrail arasında atəşkəs qərarından sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunub.

Teleqraf xəbər verir ki, bu barədə "Marine Traffic" məlumat yayıb.

Məlumata görə, atəşkəs danışıqlarının əsas şərtlərindən biri məhz bu strateji su yolunun müvəqqəti açılması olub.

Hazırda boğazda gəmilərin hərəkətinin qismən bərpa olunduğu bildirilir.