BAKI, 6 aprel. TELEQRAF

İranla 45 günlük atəşkəs təklifi danışıqlarda müzakirə olunan variantlardan yalnız biridir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evə istinadla “NBC News” məlumat yayıb.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp hələlik planla razılaşmayıb.

Xatırladaq ki, Pakistan bundan əvvəl İran və ABŞ-yə 45 günlük atəşkəsə dair plan təqdim edib.