BAKI, 3 aprel. TELEQRAF
“İran ordusu düşmənləri daş dövrünə yox, ondan da əvvəlki dövrə qaytaracaq”.
Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi ABŞ Prezidenti Donald Trampa müraciətində deyib.
“Ordunun xüsusi təyinatlıları illərdir ağır təlimlərlə tam hazırlıq vəziyyətindədir. İran torpağı təcavüzkarlar üçün məzardır, şübhəniz varsa, yoxlayın”, - Cahanşahi qeyd edib.
ABŞ Prezidenti Donald Tramp aprelin 1-də İran Prezidenti Məsud Pezeşkianın Vaşinqtondan atəşkəs istədiyini açıqlamışdı:
“İranın sələflərindən daha az radikal və daha ağıllı olan yeni rejiminin prezidenti indicə Amerika Birləşmiş Ştatlarından atəşkəs istədi. Bunu yalnız Hörmüz boğazı açıq, azad və təhlükəsiz olanda nəzərdən keçirəcəyik. O vaxta qədər isə İranı tamamilə məhv edəcəyik, necə deyərlər, onu daş dövrünə qaytarırıq”.