BAKI, 2 aprel. TELEQRAF
“Siz İranın geniş və strateji imkanları haqqında heç nə bilmirsiniz, başlatdığınız təcavüzün bədəlini ödəyəcəksiniz”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ və İsrailə müraciətində deyib.
“Bu müharibə sizin əbədi və qəti rüsvayçılığınıza, peşmançılığınıza və kapitulyasiyanıza qədər davam edəcək. İndiyə qədər aldığınız sərt və ağlasığmaz zərbələrin davamında daha sarsıdıcı, daha geniş və dağıdıcı addımlarımızı gözləyin”, - o bildirib.