BAKI, 1 aprel. TELEQRAF

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə davam edən müharibə fonunda ölkəyə nəzarəti hökumətdən alıb.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Iran International” məlumat yayıb.

“SEPAH Prezident Məsud Pezeşkianın təyin etdiyi və qəbul etdiyi qərarlara qarşı müqavimət göstərərək, faktiki olaraq ölkənin icraedici qurumunu hökumətin nəzarətindən çıxarıb”, - mənbə bildirib.