BAKI, 1 aprel. TELEQRAF
“İranın Hörmüz boğazındakı davranışları qlobal iqtisadi şantajdır”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət neft şirkəti ADNOC-un rəhbəri Sultan əl-Cabir deyib.
Əl-Cabirin sözlərinə görə, boğazın bağlanmasının təsirləri qloballaşdıqca və ərzaq-yanacaq qiymətləri artdıqca, dünya enerjinin sərbəst axınını qorumaq üçün birlikdə hərəkət etməlidir.