BAKI, 31 mart. TELEQRAF
“İranı Hörmüz boğazını açmağa məcbur etmək cəhdlərindən əl çəkməyə hazır deyiləm”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Nə vaxtsa bunu edəcəyəm, amma hələ yox. Ölkələr müdaxilə etməli və məsuliyyəti öz üzərlərinə götürməlidirlər. İran praktiki olaraq məhv edilib, amma onlar öz işlərini özləri görməlidir”, - o bildirib.
Tramp həmçinin İranın Bəsrə körfəzi ölkələrindəki gəmilər və infrastruktura davamlı hücumlarına baxmayaraq, Hörmüz boğazında real təhlükə olmadığını qeyd edib.