BAKI, 30 mart. TELEQRAF
İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxa bilər.
Teleqraf xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.
O, beynəlxalq aktorların İrana müqavilənin verdiyi hüquq və üstünlüklərdən istifadə etməsinə imkan vermədiyini deyib.
İ. Bəqayi İranın heç vaxt nüvə silahı yaratmaq niyyətində olmadığını və bu istiqamətdə heç bir cəhd göstərmədiyini bir daha bəyan edib.