BAKI, 30 mart. TELEQRAF
Türkiyə hakimiyyəti vasitəçilik səyləri çərçivəsində ilk növbədə ABŞ və İran arasında atəşkəsə nail olmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazı vasitəsilə maneəsiz gəmiçiliyin bərpası bu yolda mühüm addım ola bilər.Mənbənin sözlərinə görə, gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etməlidir.
Qeyd edilib ki, martın 29-da Pakistanda Misir və Səudiyyə Ərəbistanından olan diplomatlarla görüşən Türkiyə nümayəndələri Yaxın Şərqdə gərginliyi azaldacaq təşəbbüslərini təqdim ediblər. Rəsmi Ankara bu təklifləri yaxın vaxtlarda həm ABŞ, həm də İran tərəfinə çatdırmağı planlaşdırır.