BAKI, 25 mart. TELEQRAF

İraqın Ənbar əyalətindəki hərbi obyektlərə endirilən zərbələr nəticəsində ən azı 7 hərbçi həlak olub, 13-ü yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin tabeliyində olan Əl-Həbbaniyyə Hərbi Xəstəxanası və Əl-Həbbaniyyə İstehsal Mərkəzi hava hücumuna məruz qalıb, ardınca artilleriya atəşinə tutulub. Nəticədə, milli və humanitar vəzifələrini yerinə yetirərkən 7 əsgərimiz şəhid olub, 13-ü yaralanıb”, - açıqlamada bildirilib.

İraq Müdafiə Nazirliyi vurğulayıb ki, (İran tərəfindən edilən – red.) bu təcavüzə cavab olaraq, müəyyən edilmiş hüquqi çərçivəyə uyğun olaraq, bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.