BAKI, 23 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının tam açılması üçün qoyduğu müddətin başa çatdığı vaxtda İran İslam İnqilabı Keşikçiləri Korpusunun mərkəzi qərargahı “Xatəm ül-Ənbiya”nın sözçüsü İbrahim Zülfüqari Amerika liderini ələ salıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.

Zülfüqari ingilis dilində etdiyi çıxışında deyib: “Tramp, sən işdən çıxarıldın. Bu cümlə sənə tanışdır. Bu məsələni diqqətdə saxladığın üçün təşəkkür edirəm”.