BAKI, 18 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəm ül-Ənbiya” Qərargahı ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın Teleqram kanalında bildirilib.

“Müharibənin nəticəsi tvitlərlə müəyyən edilmir, döyüş meydanında, sizin və qoşunlarınızın ayaq basmağa cəsarət etmədiyi yerdə müəyyən edilir”, - məlumatda deyilib.

Həmçinin qeyd edilib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları “Epik Qəzəb” yox, “Epik Dəhşət” adlandırsaydı, daha doğru olardı.