İranın kəşfiyyat naziri İsmayıl Xətib İsrail Müdafiə Qüvvələrinin gecə saatlarında Tehrana hava hücumu zamanı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV-də məlumat yayılıb.
Mənbələr N12-yə də İsmayıl Xətibə qarşı sui-qəsd olduğunu təsdiqləyiblər.
“Dünən gecə İran kəşfiyyat nazirini aradan qaldırmağa çalışdıq. Hücumun nəticələrini gözləyirik, amma nəticələr yaxşı görünür”, - mənbələr İsrail telekanalına bildiriblər.
Qeyd edilib ki, Xətibin önəmi martın 17-də İsrail Ordusu tərəfindən öldürülən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və rejimin digər yüksək səviyyəli rəsmilərinə nisbətən xeyli az olsa da, Tehran üçün vacib təhlükəsizlik fiqurudur. İllərdir İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Kəşfiyyat Nazirliyi (ETTELAAT) arasında səlahiyyət bölgüsü ilə bağlı gərginlik yaşanır.