BAKI, 17 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında İrana hava hücumu zamanı “Bəsic” qüvvələrinin təxminən 300 komandiri və rəsmisi öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Hücumlardan birində “Bəsic”in Dəstək Bölməsinin təmir və texniki xidmət mərkəzi hədəfə alınıb. Bu mərkəz yüzlərlə avtomobil və motosikletin saxlanıldığı və təchiz olunduğu yer olub. Bildirilib ki, bu nəqliyyat vasitələri xüsusilə etiraz aksiyaları zamanı repressiya əməliyyatları və məhəllələrdə terror yaratmaq üçün istifadə edilib.

Məlumata görə, “Bəsic”in nəqliyyat donanması tamamilə məhv edilib.

“Məhəmməd Rəsulullah Korpusu” kimi tanınan İnqilab Keşikçilərinin (SEPAH) kritik mərkəzlərindən biri də hədəfə alınıb.

Tehranda strateji komandanlıq mərkəzi hesab edilən “İmam Hadi” təhlükəsizlik bölməsi bu hücumda ciddi şəkildə zərər görüb.

Xalq etirazlarını yatırmaqda və “iğtişaşlar”la mübarizədə əsas qol və ön cəbhə olan “İmam Əli” təhlükəsizlik batalyonları bu hücumlarda misli görünməmiş canlı qüvvə və texnika itkisi ilə üzləşib.

Xatırladaq ki, hücum zamanı “Bəsic”in komandanı Qulamrza Süleymani də məhv edilib.