BAKI, 17 mart. TELEQRAF
İranın Rusiyadakı səfiri Kazım Cəlali yeni Ali rəhbər Müctəba Xameneinin müalicə üçün Moskvada olması barədə məlumatı təkzib edib.
Teleqraf xəbər verir ki, diplomat bunun İran cəmiyyətinə qarşı aparılan psixoloji müharibənin tərkib hissəsi olduğunu deyib.
“İnqilabın ali rəhbərinin müalicə üçün Rusiyaya köçürülməsi xəbəri yeni psixoloji müharibədir. İran liderlərinin qaçıb sığınacaqlarda gizlənməyə ehtiyacları yoxdur, onların yeri küçələrdə, xalq arasındadır”, - Cəlali bildirib.