BAKI, 17 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) raket sənayesinin rəhbəri general Mahmud Baqeri və hazırkı müharibədə komandir kimi iştirak edən Cavad Baqeri İsrail tərəfindən öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Xatırladaq ki, bundan öncə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin öldürülməsi barədə məlumat yayılıb. İsrail müdafiə naziri İsrael Kats məlumatı təsdiqləyib.