BAKI, 17 mart. TELEQRAF
“Hörmüz boğazı ABŞ və İsrailin İrana hücumundan sonra əvvəlki kimi fəaliyyət göstərə bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.
“Boğaz artıq bağlıdır. Biz onu bağlamaq istəmirdik, amma bağlanıb. Hörmüz boğazı artıq əvvəlki kimi ola bilməz və əvvəlki vəziyyətinə qayıtmayacaq. Çünki ABŞ və sionist rejimin (İsrail) iştirakı ilə artıq təhlükəsizlik yoxdur”, - spiker qeyd edib.