BAKI, 16 mart. TELEQRAF
İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanına hava zərbələrindən sonra irimiqyaslı yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, hücum zamanı İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəqliyyat donanmasının böyük bir hissəsi, eləcə də İran liderlərinin xüsusi rəsmi təyyarəsi tamamilə məhv edilib.
İsrail Ordusu da Mehrabad hava limanında məlumatı təsdiqləyib. Ordunun mətbuat xidməti bildirib ki, Hərbi Hava Qüvvələri bazar ertəsi Mehrabadda İranın mərhum ali rəhbəri Əli Xameneinin də vaxtilə istifadə etdiyi təyyarəsini dəqiq zərbə ilə məhv edib.