BAKI, 13 mart. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı azı iki-üç həftə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” İsrailin rəsmi mənbələrinə istinadla məlumat yayıb.

Portalın mənbələri bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp , açıq və dəqiq müəyyən edilmiş məqsədləri olmasa da, hərbi əməliyyatın davam etməsinə müsbət baxır. İsrail isə ondan narahatdır ki, Tramp gözlənilməz addımlar ata və əməliyyatı qəfil dayandıraraq müxtəlif bəhanələrlə İran üzərində qələbə elan edə bilər.

Portalın amerikalı mənbəsi Trampla çərşənbə axşamı danışdığını və ABŞ liderinin müharibənin davam etməsi barədə çox həvəsli olduğunu deyib.

“ABŞ əməliyyat zamanı əsas diqqəti İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yönəltməyi planlaşdırır, məqsəd dövlət aparatının işini zəiflətmək və kütləvi etiraz aksiyalarını təşviq etməkdir”, - mənbə əlavə edib.