BAKI, 13 mart. TELEQRAF

İran Hərbi Dəniz Qüvvələri ABŞ-yə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə bir neçə zərbə endirib və onu qismən sıradan çıxarıb. Bundan sonra gəmi ABŞ-yə geri qayıtmaq üçün istiqamət götürüb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəm ül-Ənbiya” Qərargahı məlumat yayıb.

Bildirilib ki, aviadaşıyıcı SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub və gəmi bundan sonra fəaliyyət qabiliyyətini itirib.

Həmçinin iddia edilib ki, “Abraham Lincoln” Bəsrə körfəzi bölgəsini tərk edərək, ABŞ-yə doğru hərəkət edir.