BAKI, 12 mart. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə həlli məqsədilə danışıqlar üçün bir daha platforma təqdim etməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Almaniya xarici işlər naziri Yohann Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında danışıb.
“Rusiya ilə Ukrayna arasındakı müharibə gündəmin əsas məsələsi olaraq qalır. Əhəmiyyətli irəliləyişin əldə edildiyi və sülh prosesinin yekun mərhələyə yaxınlaşdırıldığı əvvəlki danışıqların fasiləsiz davam etməsi vacibdir. Ölkəmiz sülhə danışıqlar yolu ilə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcək. Növbəti danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazırıq”, - o qeyd edib.