BAKI, 12 mart. TELEQRAF
İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) Livandakı nümayəndəsi Əbuzər Məhəmmədi öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məhəmmədinin Beyrutda öldürüldüyü və “Hizbullah” terror təşkilatının raket bölməsindən məsul olduğu bildirilib.
Əbuzər Məhəmmədinin “Hizbullah” və Tehran arasındakı hərbi koordinasiyada da əsas amil olduğu da qeyd edilib.