BAKI, 12 mart. TELEQRAF

Rəsmi Tehran vasitəçilik imkanlarını rədd etmir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

İranlı diplomatın sözlərinə görə, təşəbbüslər balanslı və Tehranın maraqlarını nəzərə alacaq şəkildə həyata keçirilsə, bəzi Avropa ölkələri və Avropa İttifaqı böhranın diplomatik yolla həllində rol oynaya bilər.

“Avropalılar böyük məsuliyyət daşıyırlar, onlar ABŞ və İsrailə xoş görünməyə çalışmamalıdır. Bu ədalətsizliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarətli olmalıdırlar. Bunu etsələr, biz onları vasitəçi rolunda görmək istərdik”, - Bəqayi vurğulayıb.