BAKI, 12 mart. TELEQRAF
“Rejimi biz yox, yalnız İran xalqı devirə bilər. Amma onların xarici kömək olmadan rejimi devirmək üçün heç bir şansı yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.
“Rejim dəyişikliyi müharibənin açıq məqsədi olmasa da, belə bir nəticəyə gəldik ki, rejim dəyişikliyinə imkan yarada biləcək şəraitin yaradılmasına çalışmaq lazımdır. Bu isə bizim tərəfimizdən deyil, İran xalqı tərəfindən həyata keçirilməlidir”, - nazir bildirib.
Saar izah edib ki, ən vacib şərt İran rejiminin repressiya mexanizmlərinin ciddi şəkildə zəiflədilməsidir.
“Hazırda İsrail SEPAH-ın bazaları, qərargahları və komanda-idarəetmə mərkəzlərinə zərbələr endirir, bununla onlar kampaniyanın sonuna qədər kifayət qədər zəifləyə və bundan sonra bəlkə həmin dəyişiklik mümkün ola bilər”, - İsrail xarici işlər naziri əlavə edib.