BAKI, 11 mart. TELEQRAF
“ABŞ və Donald Tramp iki gündür İranla atəşkəs axtarışındadır”.
Teleqraf xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini Əli Fədəvi deyib.
O iddia edib ki, İran artıq başlığının çəkisi bir tondan az olan raketlərdən istifadə etməyəcək.
SEPAH rəsmisi ağır yarlandığı bildirilən İranın yeni Ali rəhbəri Əli Müctəba ilə bağlı da danışıb:
“Yaxından şahid olmuşam, Müctəba Xamenei dövlət idarəetməsinin bütün proseslərindən xəbərdardır və onların hamısında iştirak edir”.