BAKI, 10 mart. TELEQRAF

İsrail parlamentinin sədri Amir Ohana atəşkəs istəmədiklərini iddia edən iranlı həmkarı Məhəmməd Baqir Qalibafa cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Sizə təklif olunan yeganə şey qeyd-şərtsiz təslim olmaqdır”, - Ohana vurğulayıb.

İran parlamentinin sədri bundan əvvəl Tehranın atəşkəs istəmədiyini iddia etmişdi:

“Qətiyyən atəşkəsə can atmırıq. Düşmənin üzünə elə yumruq vurmalıyıq ki, dərsini yaxşı öyrənsin və bir daha heç vaxt sevimli İranımıza hücum etməyi düşünməsin”, - spiker bildirib.