BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi bəzi xarici media orqanlarının ABŞ-nin hücumu halında İrana hücum planlaşdırdığı barədə iddialarını təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk bildirib.
“Bəzi media və sosial şəbəkələrdə ABŞ-nin İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbləri ilə İrana hücum etməyi planlaşdırdığı barədə iddialar doğru deyil. Türkiyə bölgəmizdəki bütün münaqişələri sülh yolu ilə həll etmək və daimi sabitliyin yaradılması səylərini davam etdirir. Həmçinin, potensial risklərin qarşısını almaq üçün müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə zəruri tədbirlər görülür”, - o vurğulayıb.