BAKI, 17 fevral. TELEQRAF

ABŞ-nin Yaxın Şərqdəki hərbi hazırlıqları Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasından əvvəl görülən tədbirlər və ya 12 günlük müharibə zamanı İranın obyektlərinə endirilən hava zərbələri öncəsi atılan addımlarla müqayisədə daha dərin və davamlı xarakter daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə “BBC Verify” bildirib.

“Sibylline” kəşfiyyat və risk qiymətləndirmə şirkətinin icraçı direktoru Castin Kramp hesab edir ki, bölgədə döyüş gəmiləri və təyyarələrin toplanması ABŞ-yə gündə təxminən 800 uçuş tapşırığını yüksək intensivliklə və fasiləsiz, davamlı yerinə yetirmək imkanı verir.

Hərbi ekspert bu qədər təhlükəsizlik avadanlığının bölgədə yerləşdirilməsinin məqsədini İrandan gələ biləcək istənilən reaksiyanı təsirsiz hala gətirmək məqsədi daşıdığını bildirib.