BAKI, 12 fevral. TELEQRAF
“BMT baş katibi Antonio Quterreşin terrorçu rejimə hörmət göstərmək üçün vaxt ayırması çox maraqlıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo BMT baş katibinin İran inqilabının ildönümü münasibətilə Prezident Məsud Pezeşkiana ünvanladığı təbrik mesajını şərh edərkən deyib.
Pompeo bildirib ki, Tehrandakı hazırkı rejim on minlərlə iranlını qətlə yetirib.
“BMT-nin nə qədər pis olduğunu düşünürsünüzsə-düşünün, vəziyyət ondan da pisdir”, - keçmiş dövlət katibi əlavə edib.