BAKI, 10 fevral. TELEQRAF
“İran hərbi hücuma məruz qalsa, mütləq sarsıdıcı cavab verəcəyik və təcrübə göstərir ki, İsrailin addımları ABŞ ilə koordinasiya olmadan mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İstənilən tərəfdən istənilən təxribata cavabımız peşmanedici olacaq”, - diplomat bildirib.