BAKI, 9 fevral. TELEQRAF
“İran xarici işlər naziri Abbas Əraqçinin keçmiş təcrübəsi nəzərə alındıqda, ABŞ nümayəndə heyətini çətin danışıqlar gözləyir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini və Dövlət Departamentinin İranın nüvə proqramı üzrə (JCPOA) danışıqlardakı nümayəndə heyətinin üzvü olmuş Vendi Şerman deyib.
Keçmiş rəsminin sözlərinə görə, Prezident Donald Tramp bu danışıqlardan sürətli və qəti qələbə əldə etmək istəsə də, İranın danışıqlardakı davranışı nəzərə alındıqda, ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiven Uitkofun buna nail olacağı inandırıcı görünmür.
“ABŞ-nin danışıqlar zamanı təzyiq vasitəsi kimi hərbi variantı masada saxlaması olduqca vacibdir. Əlbəttə, sonda hansı addımın atılacağına Prezident Tramp qərar verəcək, amma müharibə ehtimalı son dərəcə ciddidir”, - Şerman vurğulayıb.