BAKI, 3 fevral. TELEQRAF

“Bütün gücümüzlə İranın Ali rəhbəri Əli Xameneinin həyatını qoruyuruq”.

Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Əli Şamxani deyib.

“Rəhbərlik sistemin əsas sütunudur, onu bütün imkanlarımızla müdafiə edirik. Ona qarşı istənilən, hətta ən kiçik təcavüz belə, İslam dünyasında hər kəsin təsəvvür etdiyindən qat-qat böyük böhrana çevriləcək”, - o bildirib.