BAKI, 2 fevral. TELEQRAF
“İran ABŞ ilə dialoq məsələsi üzrə hazırda qərarvermə mərhələsindədir, böyük ehtimalla, danışıqlar yaxın günlərdə Türkiyədə keçiriləcək”.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Ölkə rəsmisi Tehran və Vaşinqton arasında danışıqların mərhələli şəkildə aparılacağını deyib.
Baqayi həmçinin Türkiyənin regional gərginliyin azaldılmasına verdiyi töhfəni yüksək qiymətləndirib.