BAKI, 2 fevral. TELEQRAF

İran Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasına cavab olaraq kəskin addımlar atmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Esmayıl Bəqayi həftəlik brifinqində bildirib.

Onun sözlərinə görə, Tehranda akkreditə olunmuş bütün Aİ ölkələrinin səfirləri nazirliyə çağırılıb.

"Görüş zamanı İrana qarşı qəbul edilən qərara görə rəsmi etiraz məktubla tərəflərə çatdırılıb. Bu, görülən tədbirlər arasında ən minimum addımdır. Biz digər cavab tədbirlərini də nəzərdən keçiririk və yaxın günlərdə yekun qərar veriləcək",- o qeyd edib.