BAKI, 26 yanvar. TELEQRAF

“İran öz imkanlarına güvənir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinə mümkün hücumu şərh edərkən deyib.

“İran İslam Respublikası öz imkanlarına güvənir, bu zaman əvvəlki təcrübəni, xüsusilə də 2025-ci ilin iyunundakı döyüşləri nəzərə alır. İran istənilən təcavüzə hərtərəfli və sarsıdıcı cavab verəcək”, - o bildirib.