BAKI, 22 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Qətərin “Atheer” media qurumuna diqqətçəkən açıqlamalar verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Müsahibədə şəxsi həyatı, ailəsi və fəaliyyətləri ilə bağlı suallara səmimi cavablar verən Bilal anası, Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın ərəbəsilli olduğunu bildirib.
Prezidentin oğlu ana babasının evində ərəb dilində danışıldığını qeyd edib:
“Anam ərəbəsillidir. Anamgilin evində babamla nənəm öz aralarında ərəbcə danışırdı”.
Müsahibədə Rəcəb Tayyib Ərdoğanla bağlı uşaqlıq xatirələrinə də toxunan Bilal söyləyib:
“Ərdoğanın evində böyümək atanızı çox görməmək, onralar isə ananızı da az görmək deməkdir”.
Bu sözlərlə o, prezidentin ölkə məsələləri ilə nə dərəcədə məşğul olduğunu vurğulayıb.
FETÖ-nün qiyam cəhdi ilə bağlı suala cavab verən Bilal Ərdoğan deyib:
“Prezidentimiz Marmarisdən qayıdarkən təyyarəsinin vurulacağından narahat idim. Bunları xatırlayıram. Bu baxımdan tarixçilərin Tayyib Ərdoğana ayrıca bölmə ayırmaları lazım gələcək”.
Müsahibədə gənclərə yönəlmiş fəaliyyətlərə də toxunan Bilal hər il milyonlarla gənci əhatə edən layihələr həyata keçirdiklərini açıqlayıb.