BAKI, 21 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla apardığı telefon danışığını yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında bildirib.
Onun sözlərinə görə ki, dünən Donald Trampla səmərəli telefon danışığı baş tutub və görüş zamanı bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb:
"Əldə olunan razılaşmanın icrası nəticəsində yaxın zamanda mülki şəxslərin azadlıqlarına qovuşacağına və hər kəsin özünü təhlükəsiz hiss edəcəyi bir Suriyanın qurulacağına ümid edilir. Bu proses regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına töhfə verə bilər".