BAKI, 19 yanvar. TELEQRAF
PKK terror təşkilatının qanadı SDQ/YPG-nin ölkənin şimal-şərqində hökumət qüvvələrinə hücumları nəticəsində azı üç Suriya ordusu hərbçisi həlak olub, üçü yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, PKK-ya bağlı terrorçu qrup və keçmiş rejimin qalıqları Suriya Ərəb Ordusu qüvvələrinə hücum edərək sazişin icrasını pozmağa çalışırlar.
Yanvarın 18-də Suriya Prezidenti Əhməd Şaraa SDQ/YPG ilə yeni atəşkəs razılaşmasını təsdiqləyib. Sənəddə ölkənin şimal-şərqindəki Deyr-əz-Zor və Raqqa əyalətlərinin hökumətin tam nəzarəti altına keçəcəyi qeyd olunur. Suriya ordusu bölgədəki bütün sərhəd keçid məntəqələri və neft-qaz yataqlarının təhlükəsizliyini təmin edəcək.