BAKI, 31 oktyabr. TELEQRAF

Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranan siyasi böhran fonunda ölkədə dövlət çevrilişinə cəhd edildiyi iddia olunub.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Dövlət Tribunalının üzvü Yan Mayxrovski Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyasında çıxış edərkən bildirib.

O, ölkədə baş verən hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək vətəndaşları buna qarşı çıxmağa çağırıb.

“Bütün laqeyd qalmayan vətəndaşları buraya gəlməyə və şahidi olduğumuz dövlət çevrilişinə qarşı çıxmağa çağırıram”, – Mayxrovski vurğulayıb.

Bundan əvvəl müxalifət lideri Yaroslav Kaçinski Polşa Prezidenti Karol Navrotskinin Konstitusiya Məhkəməsinin sədri və digər hakimlərlə görüş keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, Polşada Konstitusiya Məhkəməsi ətrafında son günlər siyasi gərginlik artıb. Hakimiyyətin məhkəmə sistemi ilə bağlı qərarları müxalifətin etirazlarına səbəb olub.