BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, 23 oktyabr 2026-cı il tarixindən etibarən ABŞ hökumətinin kritik əhəmiyyətli vəzifələrin icrasına cəlb olunmayan əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə təhlükəsizlik təhdidləri səbəbindən Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verilib.
Qeyd olunub ki, Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır. Hücumlar mülki hava limanlarını və digər mühüm infrastrukturu da əhatə edir. Nəticədə mülki əhali arasında itkilər baş verir, nəqliyyat əlaqələrində ciddi fasilələr yaranır.