BAKI, 30 oktyabr. TELEQRAF

Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.

Teleqraf xəbər verir ki, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.

Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.