BAKI, 30 oktyabr. TELEQRAF

Dövlət Departamenti Ukraynaya 2,1 milyard dollara 500 ədəd Patriot hava hücumundan müdafiə raketinin satışını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bəyanatda vurğulanıb ki, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək.

Tədarükə PAC-3 raketləri üçün məxfi və məxfi olmayan ehtiyat hissələri, eləcə də digər maddi-texniki təminat və proqram təminatı elementləri daxil olacaq.

Raketləri Ukraynaya “Lockheed Martin” şirkəti tədarük edəcək. ABŞ administrasiyası qərar barədə Konqresi məlumatlandırıb.