BAKI, 30 oktyabr. TELEQRAF

Uruqvayda təlimlər zamanı üç hərbçi boğularaq ölüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Suda tapşırıqları yerinə yetirən hərbçilər əşyaya ilişiblər. 4 hərbçi su altında qalıb. Onlardan yalnız birini xilas etmək mümkün olub.

Hadisə Fray Bentos şəhəri yaxınlığında baş verib. Əsgərlərin təlimatçıların müşayiəti ilə 2500 metrlik bir yolda üzməsi planlaşdırılırdı.