BAKI, 14 yanvar. TELEQRAF
İran xarici işlər naziri Əbbas Əraqçi BƏƏ baş nazirin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyanla İranda davam edən etirazlar barədə müzakirələr aparıb.
Teleqraf xəbər verir ki, Əraqçi müzakirə zamanı ABŞ Prezidenti Donald Trampın bəyanatına toxunaraq, bunu “İranın daxili işlərinə müdaxilə” adlandırıb.
İranın baş diplomatı bundan əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidanla da eyni kontekstdə müzakirə aparıb.